Quba, Qəbələ, Mingəçevir, Bərdə, Tərtər, Ağdam və Ağcabədi rayonlarında fəaliyyət göstərən Təcili və Təxirəsalınmaz Tibbi Yardım mərkəzlərinin əməkdaşlarına ötən ayın məvacibləri verilməyib.
Shimal.News xəbər verir ki, bunu müəssisələrin işçi heyətləri bildiriblər. Eyni vəziyyət ölkənin digər şəhər və rayonlarında da mövcuddur.
Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-ə ünvanlanan sorğuya hələ ki, cavab verilməyib.