Qusar rayonunda Baş prokuror Kamran Əliyev qəbul keçirəcək. Bu haqda ShimalNews 4 iyul tarixində məlumat verir.
Qəbul cədvəlinə uyğun olaraq, görüş Rayon Prokurorluğunun inzibati binasında 19 iyul saat 10:00-da baş tutacaq. Kamran Əliyev Qusar, Quba və Xaçmaz rayon sakinləri ilə görüşərək, onları narahat edən məsələləri dinləyəcək.
Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon (şəhər) prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri vasitəsilə də qəbula yazıla bilərlər.