İngiliscə danışaraq məşhurlaşan gənc Xınalıq kənd sakini İbrahim Zeynalov İngiltərəyə oxumağa yola düşəcək. Bu barədə ShimalNews 29 iyun tarixində Bizim.Media-ya istinadən məlumat verir.
İbrahim Qubanın Rüfət Kəlbiyev adına Xınalıq internat tipli tam orta məktəbinin 6-cı sinfini bitirib. O, MÜSİAD Azərbaycan təşkilatının dəstəyi ilə İngiltərədə 2 həftəlik yay məktəbində oxuyacaq. Onun atası iyulun 4-də başlanılacaq səfər üçün hazırlıq işlərinin aparıldığını deyib.
Daha öncə Polşadan gələn qonağın İbrahimlə ingilis dilində söhbəti ictimaiyyət tərəfindən maraqla qarşılanmışdı.