Xınalıqdan olan 13 yaşlı oğlanın ingilis dilində turistlə danışması maraq doğurub. Bu barədə ShimalNews 8 mart tarixində məlumat verir.

Polşalı qonaq yeniyetməyə yaxınlaşaraq onun dil biliyinə təəccüblənir və onların arasında söhbət baş tutur. Məlum olur ki, balaca qubalı sinifdə əcnəbi dildə danışan ən bilikli şagirddir. Onun yanında duran “UAZ” isə atasının avtomobilidir.

Həmin görüntüləri oxucularımıza təqdim edirik.