Bu gün səhər saatlarında paytaxtda baş verən qətl hadisəsində öldürülən 39 yaşlı Sevinc Tofiq qızı Qubanın Alekseyevka kəndinin sakinidir.
Shimal.News xəbər verir ki, onun nəşi bu gün Alekseyevka kənd qəbiristanlığında dəfn olunub. Hadisəni törədən qadının əri Bakı şəhər sakini 45 yaşlı Natiq Məhərrəmov polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə saxlanılıb.
Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi açılıb, istintaq araşdırmaları aparılır.
Qeyd edək ki, qətlə yetirilən qadın yaşadığı kənddən Bakıya gəlin köçüb.