Bu gün səhər saat 08:50 radələrində Bakı–Quba yolunun 27-ci kilometrliyində piyada ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
İlkin məlumata əsasən, 41 yaşlı, Bakı şəhər sakini Ruslan Ağammədov idarə etdiyi "Chevrolet" markalı avtomobil ilə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarında dayanan 30 yaşlı piyada Kənan Nəsirovu vurub.
Hadisə nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.