İsmayıllı rayonunda “Açıq mikrofon” aksiyası keçiriləcək. Bu barədə ShimalNews 8 aprel tarixində “Azəriqaz” İB-yə istinadən məlumat verir.
Səyyar qəbul aprelin 11-i saat 11:00-da Heydər Əliyev Parkında baş tutacaq.
Vətəndaşlar aksiyanın imkanlarından yararlanaraq onları narahat edən məsələləri və təkliflərini söyləyə bilərlər.