top
Azərbaycan və Gürcüstan nazirləri Qubada gənclərlə görüşdülər
25 iyul 2025, 18:20
- ↺ +

Azərbaycan və Gürcüstan nazirləri Qubada gənclərlə görüşdülər

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Gürcüstan Respublikasının təhsil, elm və gənclər naziri Givi Mikanadze Quba rayonuna səfər ediblər.

Shimal.News xəbər verir ki, səfər çərçivəsində qonaqlar ilk olaraq Qubada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.

Sonra nazirlər səfər çərçivəsində Quba Rayon Fizika, Riyaziyyat və İnformatika Təmayüllü Liseydə yaradılmış STEAM Mərkəzinə baxış keçiriblər. Burada qonaqlara gənclərin elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyat sahələri üzrə reallaşdırdıqları layihələr nümayiş etdirilib, yeniyetmələrin yaradıcı və tədqiqat yönümlü fəaliyyətləri barədə məlumat verilib. Həmçinin gənclərin prototiplər üzərində işləməsi, kodlaşdırma bacarıqları, robot texnologiyalarında praktiki işləri nümayiş olunub. Daha sonra qonaqlar Quba rayonunun tarixi məkanlarını ziyarət edib, Azərbaycanın multikultural dəyərləri ilə yaxından tanış olublar.

Onlar daha sonra Azərbaycan - Gürcüstan “Gənclər həftəsi” çərçivəsində keçirilən “Azərbaycan - Gürcüstan Gənclərinin II Beynəlxalq Düşərgəsi”ndə gənclərlə görüşüblər. Görüşdə iştirakçıların iki ölkə gəncləri arasında birgə əməkdaşlıqlarla bağlı sualları və təşəbbüsləri dinlənilib, fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, düşərgənin ikinci günündə “Gənclər və startaplar: ideyadan təsirə” və “Sosial medianın gənclərə təsiri” adlı sessiyalar keçirilib. Mövzular ətrafında aparılan müzakirələr zamanı iştirakçılar aktual çağırışlar və imkanlar barədə interaktiv fikir mübadiləsi aparıblar. Ardınca təşkil olunan “Gənclər axtarışda: birlik və dostluq” adlı interaktiv kvest oyununda Azərbaycan və Gürcüstan gəncləri birgə komanda işi nümayiş etdirərək əməkdaşlıq və dostluq ruhunu gücləndiriblər. Proqramın davamında Quba şəhərinə təşkil edilən tur çərçivəsində iştirakçılar bölgənin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmaq imkanı əldə ediblər.

Görüş ərəfəsində nümayiş etdirilən bədii proqram zamanı Azərbaycan və Gürcüstan gənclərinin birgə ifaları və milli rəqsləri tədbirə xüsusi rəng qatıb.

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər