top
Aybəniz Haşımovanın qardaşına - Hökm oxundu
29 may 2025, 17:12
- ↺ +

Aybəniz Haşımovanın qardaşına - Hökm oxundu

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Qubada özünü masajist kimi təqdim edən Şaiq Həşimovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Qafqazinfo.аz-ın məlumatına görə, məhkəmə istintaqı ilə müəyyən edilib ki, Qubada kirayədə yaşayan 46 yaşlı Şaiq Həşimov uzun müddət insanlara “müalicəvi masaj” yolu ilə sağlamlıqlarını bərpa edəcəyinə dair vədlər verib.

O, Səhiyyə Nazirliyindən heç bir lisenziya almadan sadəcə Rusiyada keçdiyi altıaylıq kursa əsaslanaraq bu fəaliyyətlə məşğul olub. Müxtəlif vaxtlarda guya iflic və digər xəstəliklərdən əziyyət çəkən şəxsləri müalicə edəcəyini bildirərək onlardan 24 min manatdan artıq pul alıb.

Zərərçəkənlər arasında azyaşlı övladının sağalmasının yeganə ümid yeri kimi təqsirləndirilən şəxsi görən valideyn də olub. Siyəzən rayon sakini olan ana məhkəmədə təsirli ifadə verib: “Qızım doğulandan iflicdir, yeriyə bilmir. Dedi ki, 20 gün masajla sağaldacaq. Düşündüm ki, bəlkə də, möcüzə olar.  İki dəfə 1400 manat verdim. Şaiq həkimə çox inanırdıq. Bizi inandırmışdı ki, prosedurlar zamanı qızın sinirlərində hərəkət hiss olunur və bir aya, hətta, qaça biləcək. Ay tamam olsa da, bir nəticə olmadı. Çox təəssüf”.

Digər bir zərərçəkmiş isə uzun illər əziyyət çəkdiyi bel ağrısına şəfa tapmaq üçün Şaiq Həşimova üz tutub: “Dedilər belini düzəldər, əli şəfalıdır. Əvvəlcə bir dəfə getdim, bir az yüngülləşmə oldu. Sonra dedi ki, davamlı gəl, tam düzələcəksən. 180 günə yaxın hər gün getdim. Bu müddətdə ona 13 min manat pul vermişəm. Axırda gördüm ağrılar daha da şiddətlənir, aldandığımı bildim”.

Həşimov məhkəmədə özünü təqsirli bilməyib. O, heç vaxt insanları aldatmaq niyyətinin olmadığını deyib: “Tibbi təhsilim yoxdur, amma 2000-ci ildə Rusiyada 6 aylıq kurs keçmişəm. Masajist kimi işləmişəm. Azərbaycanda da qeydiyyatda olmuşam, VÖEN-im var. Mən sadəcə masaj edirdim, müalicə vəd etmirdim”.

Quba Rayon Məhkəməsi toplanmış sübutlar əsasında Şaiq Həşimovu dələduzluqda təqsirli bilib. Ona 3 il müddətə azadlıqdan məhrum etmə cəzası verilib.

Qeyd edək ki, Şaiq Həşimov Əməkdar artist Aybəniz Haşımovanın qardaşıdır.

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər