top
Arxivdə ən qədim sənədlər Quba xanlarının fərmanlarıdır
10 iyun 2025, 16:02
- ↺ +

Arxivdə ən qədim sənədlər Quba xanlarının fərmanlarıdır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Arxiv – sənədlərin yenidən istifadə edilmək məqsədi ilə qəbulunu, komplekləşdirilməsini, mühafizəsini və uçotunu həyata keçirən təşkilat və ya onun struktur bölməsidir. “Arxiv” sözünün etimoloji mənası “başlanğıc”, “təməl” deməkdir. O, həm də vacib mədəniyyət amili, göstəricisidir.

Tariximizin evi, dəlil-sübutunu mühafizə edən  gərəkli məbədləridən biri də Azərbaycan Dövlət Tarix Arxividir. 1930-cu ildə yaradılmış bu məbəddə xalqımızın qeyri-adi milli sərvəti saxlanılır. XVIII əsrin başlanmasından Azərbaycanda Sovet hakimiyyəti qurulanadək dövrü əhatə edən 757 fondda 240 mindən artıq sənəd mühafizə edilib qorunur.

Əməkdaşlıq baxımından hər il dünyanın müxtəlif ölkələrindən Dövlət Tarix Arxivinə onlarla qonaqlar gəlir. Onların verdikləri suallar arasında ən çox soruşduqları sual belə olur: arxivinizin ən qədim sənədləri hansılardır?

Təkcə qonaqlar deyil, hər kəs üçün maraqlı olan sualın cavabı isə belədir:  Bu, “Quba xanlarının fərmanları” adlanan fondda qorunub saxlanılan sənədlərdir.

Quba xanlığı XVII əsrin axırlarından 1810-cu ilədək, təqribən yüz otuz ilə yaxın bir müddətdə, indiki Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonları ərazisində mövcud olub. Xanlığın ilk dövrlərində Rusiya ilə dostluq münasibəti yaradılıb. Lakin, sonradan gücləndikcə, xanlığın Rusiyadan bərabər hüquqlu münasibətlər tələb etməsi, ətrafındakı xanlıqları da, özünə birləşdirib bütöv Azərbaycan dövləti yaratmaq istəməsi, əlbəttə ki, Rusiyanın narahatlığına səbəb olurdu. Şübhəsiz ki, 1789-cu ildə, Şəmkir düzündə digər xanlarla görüşü zamanı Fətəli xanın zəhərlənməsində rus xəfiyyəsinin “barmağı” olmaya bilməzdi.

Şuşada, Şəkidə, Dərbənddə  o dövrün xanlarını xatırladan mülklər, qala divarları indiyədək qorunub saxlanıb. Qubada xanlara aid bir daş belə saxlanılmasa da, nə yaxşı ki, onların fərmanlarının kolleksiya formasında toplanılmış cüzi bir hissəsi müasir dövrümüzədək bizə gəlib çatıb.

Fərmanlar ərəb əlifbası ilə türk dilində yox fars dilində yazılıb. Görünür iqtisadi-siyasi müstəqilliyə can atan xanlar fars dilinin asılılığından qurtula bilməyiblər. Ona görə də, xanlığa dair bütün göstərişlər, şəhadətnamə və fərmanlar yalnız qədim fars dilində yazıya alınıb.

“Quba xanlarının fərmanları” fondu 1705-1808-ci illərə aid olan, hərəsi bir vərəq olmaqla 27 saxlama vahidindən ibarətdir. İlk sənədin 25 aprel-24 may 1705-ci il tarixində yazılması təxmin edilir. Həmin sənəd belə adlanır: “Quba xanlığının məmuru tərəfindən Xudat kənd icmasına kollektiv məaf hüquqlarının verilməsi haqqında şəhadətnamə”. Məaf – burada imtiyazlı, vergidən azad olunmuş anlamındadır.

Bu sənədlər ictimai-siyasi məzmunda deyil, inzibati-təsərrüfat xarakterlidirlər. Onlar qışlaqların, yaylaqların, ayrı-ayrı kəndlərin sahiblənməsi, tiyul (icarə) sahibliyinə, şəxsi mülkiyyətə verilməsi və sair bu sayaq məsələlərdən qaynaqlanırlar.

Fərmanlardan biri Sultan Əhməd xana (1710), biri Hüseynəli xana (1727), ikisi II Əhməd xana(1790), dördü Fətəli xana (1759-1775) aid hesab edilir. Ən çoxu isə, on beş fərman Şeyxəli xanla (1792-1808) bağlıdır. Yeri gəlmişkən, bəzən onun adını iki sözlə – Şeyx Əli xan kimi deyir və yazırlar. Əslində, o, şeyx olmayıb, adı Şeyxəlidir. Axırıncı Quba xanı olmaqla ömrünün sonunadək rus işğalına qarşı döyüşüb, inadla, yorulmadan mübarizə aparıb.

Sənədlərin içərisində “Məhəmmədqulu bəyin Novruz bayramı münasibəti ilə (1803) Kilvar kənd kəndlilərindən xan, xanın arvadı və mülazimlər (hərbi xidmətçilər, -müəllif) üçün aldığı hədiyyələr haqqında qəbz” adlanan vərəq də diqqətçəkəndir.

Dövlət Tarix Arxivinin ən qədim sənədləri olan “Quba xanlarının fərmanları” fondu elmi tədqiqatçıların, tarixçilərin əsas maraq dairəsinə aid olan sənədlər kimi Azərbaycan tarixinin müəyyən dövrünü tədqiq etmək baxımından əvəzedilməzdir.

 

 

 

 

 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər