top
Arvadını öldürmüşdü, azadlığa çıxıb sevgilisini də qətlə yetirdi
15 oktyabr 2025, 17:22
- ↺ +

Arvadını öldürmüşdü, azadlığa çıxıb sevgilisini də qətlə yetirdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Eynulla Musayevin barəsində çıxarılan hökmdən verilmiş apellyasiya şikayətinə baxılıb.

Pravda.az-ın məlumatına görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmənin qərarına əsasən, apellyasiya şikayəti təmin edilməyib.

İttihama görə, 1974-cü il təvəllüdlü Eynulla Musayev Cinayət Məcəlləsinin 120.2.2, 120.2.4, 120.2.9 və 157.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunub.

Məhkəmə istintaqı zamanı müəyyən edilib ki, Eynulla Musayev əvvəllər — 2013-cü il dekabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə adam öldürməyə görə 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və 2022-ci il aprelin 27-də şərti olaraq vaxtından əvvəl azadlığa buraxılıb.

İttihama əsasən, o, keçmiş arvadı ilə münasibətləri bəhanə edərək həmkəndlisi, 57 yaşlı Akif Qəribovu öldürmək qərarına gəlib.

2024-cü il oktyabrın 12-də, saat 21 radələrində, Xaçmaz rayonunun Köhnə Xaçmaz kəndində yerləşən fərdi yaşayış evinə qanunsuz daxil olan Eynulla Musayev, zərərçəkmişin müdafiə olunmağa qadir olmadığı vəziyyətdə onun baş və bədən nahiyəsinə dəfələrlə yumruq zərbələri endirib.

Nəticədə, Akif Qəribov komaya düşüb və hadisədən az sonra həyatını itirib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eynulla Musayev 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Eynulla Musayev 2013-cü ildə həyat yoldaşı, 38 yaşlı Şərqiyyə Musayevanı başını kəsərək qətlə yetirib.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər