Quba rayonunda Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları monitorinq zamanı nöqsanlar aşkar ediblər. Bu barədə ShimalNews 1 dekabr tarixində agentliyə istinadən məlumat verir.
Yoxlama nəticəsində Qırmızı Qəsəbədə "Redmart" marketdə qayda pozuntusu müəyyən olunub.
Obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsinə görə müəssisə inzibati məsuliyyətə cəlb olunub.