Qubada 2 sahibkar cərimələnib. Bu barədə ShimalNews 28 sentyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.
Aparılan yoxlamalar nəticəsində heyvan kəsimi məntəqələrində bir sıra nöqsanlar aşkar edilib. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar, 2 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb. Qanun pozuntusu aşkar edilmiş məntəqələr aşağıdakılardır:
| № | Sahibkarlıq subyekti | Ünvan | Görülən tədbir |
| Quba rayonu üzrə | |||
| 1 | Bayramov İmran Mülküm oğlu | Quba rayonu, Dəvədabanı Massivi | İnzibati protokol tərtib edilib |
| 2 | Piriyev Rauf Günəşri oğlu | Quba rayonu, Dəvədabanı Massivi | İnzibati protokol tərtib edilib |