İsmayıllıda və Xaçmazda sahibkarlıq obyektlərində yoxlamalar keçirilib. Bu barədə ShimalNews 13 dekabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən məlumat verir.
Aparılan yoxlamalar nəticəsində heyvan kəsimi məntəqələrində bir sıra nöqsanlar aşkar edilib. Aşkarlanmış uyğunsuzluqlarla əlaqədar 2 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb. Qanun pozuntusu aşkar edilmiş məntəqələr aşağıdakılardır:
| № | Sahibkarlıq subyekti | Ünvan | Görülən tədbir |
İsmayıllı rayonu üzrə | |||
| 1 | Həsrətov Hovruz
Teymur oğlu | İsmayıllı şəhəri, Nizami küçəsi | İnzibati protokol tərtib edilib |
Xaçmaz rayonu üzrə | |||
| 2 | Ağayev Rifaq Sabir oğlu | Köhnə Xaçmaz kəndi | İnzibati protokol tərtib edilib |