top
Ailəsini tərk edən, heç vaxt evlənməyən, tənha ölən qubalı aktrisa
27 avqust 2025, 18:00
- ↺ +

Ailəsini tərk edən, heç vaxt evlənməyən, tənha ölən qubalı aktrisa

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba Azərbaycana bəxş etdiyi elm və incəsənət xadimləri, dövlət adamları ilə də məşhurdur.  Onlardan biri də 1945-ci ildə Rustov kəndində doğulan aktrisa Zərnigar Ağakişiyevadır. Zərnigar anasının ikinci evliliyindən dünyaya gəlib. 12 yaşı olanda ulu babasının adını özünə soyad kimi götürüb. Anasının ilk evliliyindən olan qardaşı ilə yola getməyən Zərnigar kasıb həyatdan və tənhalıqdan qaçaraq evlərini tərk edir. Qonşudan borc alaraq Bakıya köçən Zərngirar həm işləyib, həm də oxuyub.

Heç vaxt ailə qurmayan aktrisanın həyatında unuda bilmədiyi məhəbbəti olub. Onun kimliyini Zərnigar heç vaxt açıqlamasa da, sevgilisindən sənətə görə ayrıldığını etiraf edib. İlk sevgisi daşa dəyən aktrisa illər sonra nikahsız birlikdə yaşasa da, bu bərabərliyin də sonu olmayıb. 13 ildən sonra bu şəxsdən ayrılan Zərnigar ömrünün sonuna qədər tənhalığı seçib. Heç vaxt övlad sahibi ola bilməyən aktrisaya maddi çətinliyi də körpələr evindən uşaq götürməyə imkan verməyib. Zərnigar sənətinə o qədər bağlı olub ki, tamaşaların birində teatr ayaqqabı almadığı üçün səhnəyə ayaqyalın çıxıb. Onun küsülü olduğu həmkarı Safura İbrahimova Zərnigar dünyasını dəyişdikdən sonra bundan peşman olduğunu etiraf edib.

1989-1992-c illərdə cəmi iki rol verildiyi üçün Ağakişiyeva teatrdan uzaqlaşır. Amma 7 il sonra Ədalət Vəliyev onu yenidən teatra dəvət edir. Xəstəliyi irəliləyən, yaddaşı zəifləyən Zərnigar verilən rolun mətnini əzbərləyə bilmədiyi üçün teatr səhnəsi ilə vidalaşır. Hətta teatrda onun üçün vida məclisi də qurulur. Amma bu ayrılıqdan qısa müddət sonra məşhur aktrisa həyatla da vidalaşır. Ömrü boyu təklikdən qorxan, uzun illər şəkər xəstəliyindən əziyyət çəkən Xalq artisti 2018- ci il fevralın 8-də ürək çatışmazlığından yaşadığı evdə tək-tənha vəfat edir və yalnız ölümündən 3 gün sonra tapılır.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün 8 Noyabr - Zəfər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 43-cü günü – XRONİKA

İqtisadiyyat
Dünən, 17:59

Gübrə bahalaşır: fermerləri və ərzaq bazarını hansı risklər gözləyir?

İqtisadiyyat
Dünən, 17:43

Qəbələnin iqtisadiyyatında musiqi alətləri istehsalının da yer aldığını bilirdinizmi?

Cəmiyyət
Dünən, 16:27

Qubanın Çinarlı kəndində yük maşınları sakinləri narahat edir

Cəmiyyət
Dünən, 16:06

Şimalda evi isitmək neçəyə başa gəlir? - SHİMAL.NEWS-un ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 15:51

Səfura Əliyeva "Qabaqcıl təhsil işçisi" döş nişanına layiq görülüb

Hadisə
Dünən, 14:19

Bakı-Şamaxı yolunda qəza: ölən və yaralanan var

Cəmiyyət
Dünən, 13:00

Qarın hündürlüyü 5 santimetrə çatıb - Şimalda faktiki hava

Cəmiyyət
Dünən, 12:08

Qaxda qatı duman və yağış müşahidə olunur - VİDEO

İqtisadiyyat
Dünən, 11:30

Turizm biznesi üçün əlavə vergi güzəştləri təklif olunur

Cəmiyyət
Dünən, 10:31

Qaxda Zəfər Günündə konsert və atəşfəşanlıq olacaq

Cəmiyyət
Dünən, 10:07

Yalançı "İsmayıllı şoru" aşkarlandı – Müəssisənin fəaliyyəti dayandırıldı

Cəmiyyət
Dünən, 09:40

Qubada Səməd Vurğunun 120 illiyi qeyd olunub - FOTO

Cəmiyyət
Dünən, 09:07

"Onların Mehdisi, bizim Mixaylomuz" - Oğuz və İsmayıllıda çəkilişi aparılan film

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 42-ci günü – XRONİKA

İqtisadiyyat
06 noyabr 2026, 17:12

Şimalda sertifikatlı toxum satışına başlanılır

İqtisadiyyat
06 noyabr 2026, 16:39

Süd məhsullarına yeni etiket tətbiq edilir – Fermerlər üçün dəyişəcək?

İqtisadiyyat
06 noyabr 2026, 16:23

Kiçik sahibkarları 5 illik vergi güzəşti gözləyir – 10 min nəfər faydalana bilər

Kriminal
06 noyabr 2026, 16:13

Qusarda kişi mərhum qardaşının arvadını evdən qovmaq istədi

İqtisadiyyat
06 noyabr 2026, 15:58

Turistlər Şimalı seçir, Qusar liderdir - STATİSTİKA

İqtisadiyyat
06 noyabr 2026, 15:14

Regionlarda hotellər üçün əmlak vergisi güzəştinin müddəti uzadılır

İqtisadiyyat
06 noyabr 2026, 15:13

Baytarlıq ekspertizası üçün dövlət rüsumu 2 dəfə azaldılır

Cəmiyyət
06 noyabr 2026, 14:50

Qəbələdə 26 vətəndaşın müraciəti dinlənilib

Oxşar xəbərlər