ADPU-nun Quba filialının Mühasibatlıq şöbəsinin əməliyyatçısı Şəlalə Xəlilova vəfat edib. Bu haqda ShimalNews 9 noyabr tarixində adıçəkilən universitetə istinadən məlumat verir.
Təhsil ocağı filialın kollektivi adından mərhumun ailəsinə, övladlarına və doğmalarına başsağlığı verilib.
Şəlalə Xəlilova 17 yanvar 1971-ci ildə Quba şəhərində anadan olub. Karyerası dövründə RXMŞ filmotekasına, Ekoloji tərbiyə və təcrübəçilik mərkəzində, Quba şəhər 2 saylı orta məktəbdə çalışıb. 2004-cü il tarixindən ADPU-nun (əvvəlki Azərbaycan Müəllimlər İnstitutunun) Quba filialında çalışıb.
Şəlalə xanım filialın əməkdaşı kimi nümunəvi fəaliyyəti ilə dəfələrlə rəhbərlik tərəfindən təltif edilib.