Quba-Xaçmaz avtomobil yolunun Zərdabi qəsəbəsi ərazisində keçən hissəsində çuxur yaranıb.
Məsələ ilə bağlı Shimal.News-a danışan vətəndaşlar iddia edirlər ki, yaranan çuxur avtomobillərə ciddi şəkildə zərər vurur.
“Bu çuxura düşən maşınlarımıza ciddi ziyan dəyir. Gecə saatlarında yol kifayət qədər işıqlı olmadığı üçün sürücülər çuxur ya son anda görürlər, ya da heç görmürlər. Avtomobillərimizin diskləri, asqı sistemi zədələnir, təkərləri cırılır. Ümumiyyətlə, çuxurun ətrafındakı asfalt örtüyü də çatlayıb. Aidiyyəti qurumlardan məsələnin tezliklə həll edilməsini istəyirik”, - deyə onlar bildiriblər.