Quba şəhərində yol nəqliyyat hadisəsi qeydə alınıb.
Shimal.News-a daxil olan məlumata görə, hərbi yük avtomobili və “Toyota Prado” markalı minik maşını toqquşub.
Qəza H.Əliyev prospektində baş verib.
İlkin məlumata görə, “Toyota Prado” markalı avtomobildə olan bir şəxs xəsarət alıb.
Əraziyə Təcili Tibbi yardım və polis əməkdaşları cəlb olunub.