Şəhid İsmayıl Məmmədovun mövlududur. O, 27 oktyabr 2001-ci ildə Qubanın Yerfi kəndində dünyaya gəlib.
18 yaşlı əsgər Ermənistan işğalında olan ərazilərin azadlığı uğrunda başlanan Vətən müharibəsində cəsarət göstərib. İsmayıl 14 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşdə aldığı qəlpə yarasından şəhid olub. Onun nəşi Qubada torpağa tapşırılıb.
Şəhid İsmayıl Məmmədov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.