top
Şimal zonasında xurma bağlarda qalıb, qiymət 20 qəpiyə düşsə də, alıcı tapılmır - Xaçmazdan REPORTAJ
17 dekabr 2024, 13:02
- ↺ +

Şimal zonasında xurma bağlarda qalıb, qiymət 20 qəpiyə düşsə də, alıcı tapılmır - Xaçmazdan REPORTAJ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu il havaların əlverişli keçməsi sayəsində Xaçmaz və Şabran rayonlarında salınmış xurma bağlarında bol məhsul yetişdirilib. Bununla belə, məhsul bolluğuna baxmayaraq, sözügedən rayonların fermerləri yetişdirdikləri meyvənin satışında problemlə üzləşiblər.

Təsərrüfat sahibləri bu il satışın çox zəif olduğunu, vəziyyətin onları maddi zərərə uğratdığını deyirlər. Fermerlərin əksəriyyəti yetişdirilməsi üçün əziyyət və xərc çəkdikləri xurmanı dəyər-dəyməzinə satmaqdansa, məhsulu ağacda saxlamağa üstünlük verir. Nəticədə tonlarla xurma ya dərilmədən çürüyür, ya da çöl quşlarına yem olur.

“Report”un Şimal bürosuna danışan bağ sahibləri deyirlər ki, xurmanın yerindən alış qiyməti ilə bazarlardakı satış qiyməti arasındakı fərq 5 dəfəyə çatır. Onların sözlərinə görə, alverçilər bağlardan xurmanın bir yeşiyini (təqribən 10 kiloqram) 2 manata alırlar. Bu isə o deməkdir ki, xurmanın hər kiloqramından fermerə cəmi 20 qəpik qalır. Ona görə də kəndlilər xurmanı alverçilərə “hədiyyə etməkdənsə”, məhsulu ağacda saxlamağı daha münasib sayırlar.

Məsələ ilə bağlı Xaçmaz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, rayonda salınmış 759,5 hektar xurma sahəsindən 730 hektarı meyvə verən ağaclardan ibarətdir. Qeyd olunub ki, bu il Xaçmazda 6 min 924 ton xurma yığılıb. Bu da hər hektara 94 sentner məhsuldarlıq deməkdir:

“Hazırda xurma yığımı davam edir. Bu meyvəni kəndlilər əsasən öz həyətyanı sahələrində yetişdirirlər. Son illər satış zəif olduğundan, fermerlər xurmadan daha gəlirli olan alma, üzüm və gilas kimi məhsuldar meyvələr yetişdirməyə çalışırlar. Xurma hava şəraitinə görə əsasən Aran rayonlarında yetişdirilir və xarici bazarlara çıxarılır. Şimal bölgəsində yetişən xurma isə daha çoxu daxili bazara çıxarılır, qismən də Rusiyaya ixrac olunur”.

Şabran Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib ki, rayonda ümumi sahəsi 158,1 hektar olan xurma bağlarından bu il 689,08 ton məhsul yığılıb. Hər hektar üzrə məhsuldarlıq 45,1 sentner təşkil edib.

Həm Xaçmaz, həm də Şabran DAİM-ləri satışın zəif olmasını xurmaçılığın bu rayonların kənd təsərrüfatında əsas sahələrdən biri olmaması ilə izah ediblər.

 

Son xəbərlər

Faydalı
Bu gün, 14:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
Bu gün, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
Bu gün, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Cəmiyyət
Bu gün, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Bu gün, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Bu gün, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Bu gün, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Bu gün, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Bu gün, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Bu gün, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
Dünən, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
Dünən, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Hadisə
Dünən, 16:04

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü

Cəmiyyət
Dünən, 15:19

Şəkidə sahibsiz itlər və pişiklər zəhərlə öldürülür - İDDİA

Cəmiyyət
Dünən, 14:59

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Hadisə
Dünən, 14:17

"Xəzər" çay evinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Dünən, 13:30

Turistlərin axın etdiyi Basqalda bankomat və aptek yoxdur

Hadisə
Dünən, 12:55

Quba RMX-da tibbi arayış qalmaqalı: 8 nəfər işdən çıxarıldı, 4 nəfərə töhmət verildi

Bütün xəbərlər
Dünən, 11:41

Qubada kişi "sərxoş halda maşın sürmə" deyən dostunu bıçaqladı - 6 il cəza

İqtisadiyyat
Dünən, 11:06

Şimal bölgəsində turist axını: Yerli əhali nə qazanır, nə itirir?

Cəmiyyət
Dünən, 10:39

Şabranda yolun ortasında təhlükəli vəziyyət yaranıb – VİDEO

Cəmiyyət
Dünən, 09:49

Şəki-Qax avtomobil yolunu duman bürüdü – VİDEO

Cəmiyyət
Dünən, 09:19

Qusarlı şagirdlər rəqs üzrə birinci olublar

Oxşar xəbərlər