top
İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində işəgötürənlərlə görüş keçirilib
19 dekabr 2024, 17:59
- ↺ +

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində işəgötürənlərlə görüş keçirilib

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzində işəgötürənlərlə görüş keçirilib.

Shimal.News xəbər verir ki, görüşdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin (PTDA), Peşə Təhsilinin İnkişafı Fondunun(PTİF) rəhbərliyi, İsmayıllı rayonunda yerləşən 20 müəssisənin nümayəndələri və digər aidiyyəti şəxslər iştirak ediblər.

Tədbirdə işəgötürənlərin peşə təhsili ilə əməkdaşlıq imkanları müzakirə edilib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov öz çıxışında peşə təhsili ilə əmək bazarının əlaqələndirilməsinin vacibliyini qeyd edərək, agentlik və işəgötürənlər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətindən bəhs edib. Tədbir çərçivəsində işəgötürənlərdən təkliflər və rəylər toplanılıb.

Peşə Təhsilinin İnkişafı Fondunun İdarə Heyətinin sədri İdris Musayev çıxış edərək işəgötürənlərin mərkəzin imkanları ilə tanış olması və birgə layihələrin təşviq edilməsi üçün bu cür görüşlərin əhəmiyyətini vurğulayıb.

Görüşdə işəgötürənlər təcrübəli mütəxəssislərin tələbələrə mentorluq etməsinin vacibliyini, tələbələrin kommunikasiya bacarıqlarının inkişaf etdirilməsi üçün təlimlərin təşkil edilməsinin əhəmiyyətini vurğulayıblar.

Görüşün sonunda  “İsmayıllı Şərab-2’’ ASC,  Peşə Təhsili üzrə Dövlət Agentliyi və Peşə Təhsilinin İnkişafı Fondu arasında üçtərəfli Anlaşma Memorandumu imzalanıb. Bu Memorandumun məqsədi Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsili müəssisələri ilə “İsmayıllı Şərab-2” ASC istehsal müəssisəsi və Peşə Təhsilinin İnkişafı Fondu arasında əməkdaşlıq qurmaqdır. Sənəd təhsil və tədris istehsalat proseslərinin birgə səmərəli həyata keçirilməsi, tələbələrin praktiki bacarıqlarının artırılması, sənaye ilə peşə təhsili arasında möhkəm əlaqələrin yaradılması və birgə bağçılıq fəaliyyətinin təşkili məqsədini daşıyır.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 13:00

Qurumlar susdu, Qubada sakinlər yararsız yolu öz hesablarına təmir etdilər

Cəmiyyət
Bu gün, 12:12

Şimalın bu rayonlarında istilik mövsümü başlayır - Siyahı

Kriminal
Bu gün, 11:08

Tibbi müayinə avtobus sürücüsünü İFŞA ETDİ

Hadisə
Bu gün, 10:46

Uşaqlı ailə Quba-Xaçmaz yolunda qəzaya düşüb

İqtisadiyyat
Bu gün, 10:30

Şimal bölgəsində hotellərin doluluğu azalıb – RƏQƏMLƏR

Cəmiyyət
Bu gün, 09:46

Şahdağa qar yağıb - FAKTİKİ HAVA

Faydalı
Bu gün, 09:28

25 milyon illik təbii tarixinin nadir izləri - VİDEO

Hadisə
Bu gün, 00:01

Vətən müharibəsinin 34-cü günü: XRONİKA

Hadisə
Dünən, 18:00

Siyəzəndə sosial yardım üstündə dava: Qayınata kürəkənini bellə vurdu

Cəmiyyət
Dünən, 17:00

Quba Regional Reklam İdarəsinə yeni rəis təyin edildi

Hadisə
Dünən, 16:04

Siyəzəndə 11-ci sinif şagirdi motosiklet qəzasında öldü

Cəmiyyət
Dünən, 15:19

Şəkidə sahibsiz itlər və pişiklər zəhərlə öldürülür - İDDİA

Cəmiyyət
Dünən, 14:59

Balakəndə daha iki qədim məbədin qalıqları aşkarlanıb

Hadisə
Dünən, 14:17

"Xəzər" çay evinin fəaliyyəti dayandırılıb

Cəmiyyət
Dünən, 13:30

Turistlərin axın etdiyi Basqalda bankomat və aptek yoxdur

Hadisə
Dünən, 12:55

Quba RMX-da tibbi arayış qalmaqalı: 8 nəfər işdən çıxarıldı, 4 nəfərə töhmət verildi

Bütün xəbərlər
Dünən, 11:41

Qubada kişi "sərxoş halda maşın sürmə" deyən dostunu bıçaqladı - 6 il cəza

İqtisadiyyat
Dünən, 11:06

Şimal bölgəsində turist axını: Yerli əhali nə qazanır, nə itirir?

Cəmiyyət
Dünən, 10:39

Şabranda yolun ortasında təhlükəli vəziyyət yaranıb – VİDEO

Cəmiyyət
Dünən, 09:49

Şəki-Qax avtomobil yolunu duman bürüdü – VİDEO

Cəmiyyət
Dünən, 09:19

Qusarlı şagirdlər rəqs üzrə birinci olublar

Cəmiyyət
Dünən, 09:17

Caqacuq çayı üzərində yeni körpü inşa olunur

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 33-cü günü: XRONİKA

İdman
28 oktyabr 2026, 18:00

Qusarlı idmançılar paytaxtdan 6 medalla qayıtdılar

Oxşar xəbərlər