top
Bölgələrdəki qadınlar niyə işləmirlər? - SOSİAL və PSİXOLOJİ SƏBƏBLƏR
12 dekabr 2024, 12:35
- +

Bölgələrdəki qadınlar niyə işləmirlər? - SOSİAL və PSİXOLOJİ SƏBƏBLƏR

Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaqla, kişi və qadınlara ictimai həyatın siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrində bərabər imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsi məqsədilə qəbul edilmiş “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının qanununda işəgötürənin əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməli olduğu vurğulanır, cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq öhdəliyi qoyulur.

Lakin müxtəlif dövlət qurumlarının açıqladığı hesabat və statistikalara baxdıqda sözügedən qanuna əməl edilmədiyi aydın olur.

Belə ki,  “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda Azərbaycanda 2023‑cü ildə qadınların orta aylıq əməkhaqqının 739.3 manat, kişilərin isə 1066.9 manat təşkil etdiyi bildirilib.

Dövlət Statistika Komitəsinin (DSK) 2024-cü il yanvar ayının 1-i vəziyyətinə muzdlu işçilərin iqtisadi fəaliyyət növləri üzrə bölgüsünə nəzər saldıqda qeyd olunmuş 19 fəaliyyət sahəsi arasında qadınların sayının yalnız üç fəaliyyət növündə - səhiyyə və sosial xidmətlərin göstərilməsində, təhsildə və istirahət, əyləncə, incəsənət sahələrində - kişilərdən çox olduğu görünür.

Ümumi statistikadan başqa iqtisadi rayonlar və inzibati ərazi vahidləri üzrə fərdi sahibkarların gender bölgüsünə baxdıqda da vəziyyətin elə də ürəkaçan olmadığı ortaya çıxır. Statistikadan aydın olur ki, kişi və qadın fərdi sahibkarlar arasında üçqat fərq mövcuddur. Əgər fərdi sahibkarlıqla məşğul olan qadınların ümumi sayı 300 min 421 nəfərdirsə, 1 milyon 214 min 14 nəfər fərdi sahibkar kişidir. Qadın sahibkarların 86 min 611 nəfəri Bakıda, yerdə qalanları isə iqtisadi rayonlarda fərdi sahibkarlıqla məşğuldur və hər bir sahə üzrə qadınların sayı kişilərin sayından əhəmiyyətli dərəcədə azdır.

Azərbaycanda, xüsusilə də regionlarda iqtisadi münasibətərdə kişi-qadın bərabərliyinin ikincinin əleyhində inkişaf etməsinin sosial-psixoloji səbəbləri nədən ibarətdir?

Shimal.News-a açıqlamasında sosioloq Lalə Mehralı regionlardakı iqtisadi fəallıqda qadınların rolundan danışıb.
sosioloq Lalə Mehralı

Rəsmi şəkildə yayımlanan statistik məlumatların daha çox sahibkarlıq istiqamətində qərarlaşdığını bildirən sosioloq qeyd edib ki, xüsusilə kənd təsərrüfatında bölgə qadınlarının ciddi payı, əməyi var:

“Məncə, statistik məlumatlar hazırlananda kənd təsərrüfatında əməyi olan qadınların fəaliyyəti xor görülməməlidir. Xüsusilə maldarlıqda, əkinçilikdə qadınların fəaliyyəti olduqca genişdir. Ola bilər, sahibkarlıq sahəsi kişilərin adına sənədləşdirildiyindən statistik məlumatlar aparılanda avtomatik bu cür qeydə alınır. Amma əksər ailələrdə, təsərrüfatlarda yükün böyük bir hissəsi qadınların çiynindədir”.

Özünəməşğulluq proqramlarına qoşulanların çoxunun qadınlar olduğunu vurğulayan Lalə Mehralı bunu bölgələrdə kişilərin işləmək üçün ya paytaxta, ya da xarici ölkələrə üz tutuması ilə əlaqələndirib:

“Bölgələrdə əhalinin böyük faizini qadınlar təşkil edir. Xüsusilə maldarlıq, arıçılıq, qənnadıçılıq, dərzilik fəaliyyətləri üzrə müraciətlərin əksəriyyəti qadınlar tərəfindən edilir, onların çoxu uğurlu nəticələr əldə edir”.

“Rayonda qadınların məşğul olacaqları fəaliyyət sahələri həm geniş, həm də məhduddur”, - deyən sosioloq fikirlərini belə devam etdirib:

“Ona görə genişdir ki, kənd təsərrüfatının müxtəlif sahələrində qadınların fəaliyyətləri ciddi formada özünü göstərir. Ona görə məhduddur deyirəm ki, iş yerlərinin olmaması səbəbindən qadınların fəaliyyət göstərəcəyi sahələrin çərçivəsi dardır. Fabriklər yoxdur, zavodlar yoxdur. Həm kişilər, həm də qadınlar bölgələrdə ciddi iş sıxıntısı yaşayırlar. Bəzi işlərin mövcudluğu və bu işlərdə kişilərə üstünlük verilməsi məsələsi qadınların fəaliyyətini çərçivəyə salır. Qadınların görə biləcəyi iş öz təsərrüfatındakı işlərdir. Demək olar, bölgə kəndlərində qadınlar təsərrüfatı təkbaşına idarə edirlər, onların görə bilməyəcəyi iş yoxdur”.

Psixoloq Vəfa Rəşidova Shimal.News-a açıqlamasında regionlarda qadınların iş psixologiyasından bəhs edib.
psixoloq Vəfa Rəşidova

Psixoloq regionlarda formalaşan fikirlərin qadınların işləməsinə böyük təsiri olduğunu bildirib.

“Rayonlarda elə qırılmayan fikirlər formalaşıb ki, həmin fikirlərə görə heç bir qadın cürət edib sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəmir, buna mənəvi güc tapmır”, - deyən Vəfa Rəşidova qadınların öyrənilmiş çarəsizliyə qapıldığını vurğulayıb:

“Xüsusilə söhbət rayonlardan gedəndə bilirsiniz ki, “o nə deyər”, “bu nə deyər”, “namusumuz gedər”, “qeyrətimiz gedər” kimi düşüncələr bölgələrdə hələ də qalmaqdadır. “Sən bu işi etsən, ayıb olar”, “qonşumuz nə deyər”, “əmimiz-dayımız nə deyər” düşüncəsi, təbii ki, qadınları elə bir psixologiyaya gətirir ki, həmin qadınlarda öyrənilmiş çarəsizlik yaranır və komfort zonalarından çıxmaq istəmirlər. İşləyən insan, çalışqan insan, öz həyatında yeniliklər etmək, alternativləri olan insan rayona baxmaz. Sadəcə rayon fikirlərinə uyan insanların sahibkarlıq haqqında, iş, inkişaf haqqında danışması anlamsız olar. Çünki rayon psixologiyasında yaşayan bir xanım bölgədəki qohumlarının fikri ilə yaşayır. Onun sahibkarlıqla məşğul olmaq, iş qurmaq düşüncəsi yoxdur”.

“Rayon qadını niyə çalışmaq istəmir?” “Bu, rayonlu olmaqla, yoxsa fərdin şəxsi keyfiyyətləri, xarakteristikası ilə bağlıdır?” kimi suallar ətrafında düşünmək laızm olduğunu söyləyən psixoloq digər insanların fikrinin qulu olub, manipulyasiyaya uğrayıb, manqurt düşüncəyə qapılıb, “kim nə deyər”lə oturub-duran insandan sahibkarlıq, iş görmək gözləməyin mənasızlığına diqqət çəkib:

“Həqiqətləri demək lazımdır. İlk növbədə, düşüncə dəyişməlidir. Hər şey düşüncədə başlayır və düşüncədə də bitir. İnsanlar bunu hələ də anlamayıblar. Neçənci əsrə gəlmişik, hələ də danışırıq, deyirik. Mən prosesi belə görürəm ki, insanlar düşüncələrini dəyişmədikcə ac oturacaqlar. Deyə bilərsiniz ki, bu, birmənalı yanaşmadır. Amma insan özü üçün nəsə etməlidir. Qəlibləşmiş düşüncələrdən çıxmaq lazımdır”.

Psixoloq: “Nəfəsini belə başqalarının düşüncəsi ilə alıb-verən insanın, təbii ki, sosial rihafı aşağı standartda olacaq. Ətrafı düşünmədən iki addım atan insan ailəsinə nümunə olar. İnsan bunu özü üçün etməlidir. Manipulyasiyaya qapılmış insanlar öyrənilmiş çarəsizliyə uğrayaraq məhv olub gedirlər. Rayonlarda xüsusilə bu psixologiya var”, - deyərək sözlərini nöqtələyib.

 

Aqil Bəkir

 

Son xəbərlər

Cəmiyyət
Dünən, 17:05

Mirzə Ələkbər Sabirin doğum günüdür

Bütün xəbərlər
Dünən, 16:05

Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

İdman
Dünən, 15:05

"Qəbələ"də Sxadadzenin müqaviləsinə xitam veriləcək?

Hadisə
Dünən, 14:05

Oğuzdakı qəzada sürücü belə xilas edildi

İdman
Dünən, 13:05

"Sabah" bu dəfə Qusarda istedad axtarışına çıxır

Hadisə
Dünən, 12:10

Qaxda tonlarla çətənə kolu məhv edildi

İdman
Dünən, 11:24

"Şamaxı"dan ayrılan Rossi "Qarabağ"a keçir?

Hadisə
Dünən, 10:06

Oğuzda maşın ağaca çırpıldı

İdman
Dünən, 09:19

"Şamaxı"da növbəti ayrılıq

Faydalı
29 may 2026, 17:58

Şimalda möhtəşəm konsertlər olacaq

Hadisə
29 may 2026, 16:17

Şəkili alim vəfat etdi

Bütün xəbərlər
29 may 2026, 14:21

Şəkili aktrisanın doğum günüdür

Cəmiyyət
29 may 2026, 11:14

18 yaşlı şəhid Əmirağanın doğum günüdür

Cəmiyyət
29 may 2026, 10:18

Şimal rayonlarının təhsil xəritəsi: Ən çox ali təhsilli hansı rayondadır?

Bütün xəbərlər
28 may 2026, 18:07

Shimal.News işıqlandırdı, Oğuzda sakinlərin su problemi aradan qaldırıldı

Bütün xəbərlər
28 may 2026, 17:30

Azərbaycanın istiqlal tarixində Şimal imzası – Bu adları hər kəs bilməlidir

Cəmiyyət
28 may 2026, 17:00

Nadir Qafarzadə "arvad" mübahisəsinə sərt reaksiya verdi

Faydalı
28 may 2026, 16:30

Buludların üstündəki kənd – Xınalıq dünyanın diqqət mərkəzində

Cəmiyyət
28 may 2026, 15:19

Qubada kənd yolu iflic vəziyyətdə – Zeyid sakinləri aylardır çətinlik çəkir

Hadisə
28 may 2026, 14:45

Zaqatalada sərxoşedici maddənin təsiri altında sükan arxasına keçən sürücü həbs edildi

Hadisə
28 may 2026, 13:23

İsmayıllıda "Niva" çayda batdı – 5 nəfər xilas edildi

Cəmiyyət
28 may 2026, 11:52

Səməd Vurğunun əfsanəvi "Pobeda"sı illər sonra yenidən Vətənə qaytarıldı

Bütün xəbərlər
28 may 2026, 10:59

Balakəndə təhlükəli zərərvericiyə qarşı mübarizə davam edir

İdman
28 may 2026, 09:33

Mehman Səfərov: "Şimal" növbəti mövsümdə Xaçmazda oynayacaq"

Oxşar xəbərlər