top
Şəkili alim vəfat etdi
Foto
29 may 2026, 16:17
- ↺ +

Şəkili alim vəfat etdi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Görkəmli alim və pedaqoq, fizika-riyaziyyat elmləri namizədi, dosent, Azərbaycan Respublikasının əməkdar müəllimi, Gəncə Dövlət Universitetinin fəxri professoru Nüyvər Loğman oğlu Nəsrullayev vəfat edib.

O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Nüyvər Nəsrullayev 1939-cu ilin martın 8-də Nuxa (indiki Şəki) rayonunun Oxud kəndində anadan olub.

O, 1958-ci ildə Nuxa rayonu Oxud kənd orta məktəbini qızıl medalla bitirib.

Nüyvər Nəsrullayev 1958–1962-ci illərdə o vaxtkı Kirovabad Dövlət Pedaqoji İnstitutunun (indiki Gəncə Dövlət Universitetinin) fizika-riyaziyyat fakultəsində təhsil alıb və institutu fərqlənmə diplomu ilə bitirib. O, 1969–1972-ci illərdə Bakı Dövlət Universitetinin aspiranturasında oxuyub, 1974-cü ildə Kazan Dövlət Universitetində professor Şirokovun rəhbərliyi ilə "Psevdoevklid fəzasının diferensial həndəsəsi haqqında" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

Onun elmi fəaliyyəti əsasən diferensial həndəsə və psevdoevklid fəzalarının tədqiqi ilə bağlı olub. Nüyvər Nəsrullayevin gərgin elmi-pedaqoji fəaliyyəti olub. O, ömrünü elmə, təhsilə və gənc nəslin yetişdirilməsinə həsr etmiş ziyalılardan olub.

Nüyvər Nəsrullayev 1962 – 1964-cü illərdə Nuxa rayonunun Cəyirli kənd məktəbində, 1964 – 1966–cı illərdə isə Nuxa şəhər 2 nömrəli orta məktəbində fizika və riyaziyyat müəllimi vəzifəsində çalışıb.

O, uzun illər ərzində Gəncə Dövlət Universitetində müəllim, dosent, kafedra müdiri, fakultə dekanı, prorektor kimi çalışıb.

Nüyvər Nəsrullayev 1977–1985-ci və 2000–2011-ci illərdə GDU-nun "Həndəsə və cəbr" kafedrasına rəhbərlik edib, 1985–1998-ci illərdə isə riyaziyyat-informatika fakultəsinin dekanı olub.

Nüyvər Nəsrullayev GDU-də ali həndəsə, analitik həndəsə və diferensial həndəsə fənlərini tədris edib.

O, "Həndəsənin əsasları","Qraflar", "Həndəsə məsələləri", "Qurmalar həndəsəsinin əsasları" kimi dəyərli dərs vəsaitlərinin müəllifidir.

2009-cu ildə Azərbaycan Respublikası Prezident İlham Əliyev tərəfindən ona Nüyvər Nəsrullayevə "Əməkdar müəllim" fəxri adı verilib, 2016-cı ildə isə o, GDU-nun "Fəxri professoru" adına layiq görülüb.

Allah rəhmət eləsin.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 36-cı günü: XRONİKA

Hadisə
Dünən, 20:38

Anbardar iş adamını aldatdı - 1 milyon manatlıq dələduzluq

Cəmiyyət
Dünən, 19:38

Qusarlı şagird beynəlxalq yarışmada qızıl medal qazandı

Cəmiyyət
Dünən, 18:36

Şəhidlərin xatirəsinə minlərlə addım: Şəhid nəvəsi Qubadadır

Hadisə
Dünən, 18:00

İsmayıllıda oğul içkili atasını öldürdü

Cəmiyyət
Dünən, 17:20

MKA "Apple" cihazlarında təhlükəsizlik boşluğu ilə bağlı istifadəçilərə növbəti dəfə xəbərdarlıq edib

İdman
Dünən, 16:30

Zaqatalalı idmançı ikiqat Avropa çempionu oldu

Cəmiyyət
Dünən, 15:37

Palçığa batan kənd: Bu yoldan kim keçə bilər?

Cəmiyyət
Dünən, 14:45

Zaqatalada qaz olmayacaq

Hadisə
Dünən, 14:00

Şəkidə icra nümayəndəsi bələdiyyə sədrinin başına butulka çırpdı

Cəmiyyət
Dünən, 13:06

Qubanın məşhur alması təhlükədə: Fermerlər minlərlə manat zərərdədir

Cəmiyyət
Dünən, 12:38

Qubada bu məktəb və bağçaların adları dəyişdirilib

Hadisə
Dünən, 11:41

Bakı-Quba yolunda ağır qəza: avtomobil aşdı

Cəmiyyət
Dünən, 11:01

Şahdağa qar yağıb

Cəmiyyət
Dünən, 10:25

SHXÇDX rəisi Qəbələdə vətəndaşları qəbul edəcək

İdman
Dünən, 09:31

"Qəbələ" "Qarabağ"la üz-üzə gələcək

Hadisə
Dünən, 00:01

Vətən müharibəsinin 35-ci günü: XRONİKA

İqtisadiyyat
30 oktyabr 2026, 17:51

Qəbələ və Ağsuda iri su layihələri həyata keçirilir - FOTO

Faydalı
30 oktyabr 2026, 17:47

Dövlətdən dəstək alan Vətən müharibəsi iştirakçısı Qubada biznesini genişləndirib

Bütün xəbərlər
30 oktyabr 2026, 16:53

Şəkidə avtomobil aşdı

Cəmiyyət
30 oktyabr 2026, 16:20

"Shimal.News" yazdı, qurumlar hərəkətə keçdi

Faydalı
30 oktyabr 2026, 15:21

Bakı-Balakən qatarı BU TARİXDƏN yenidən fəaliyyətə başlayır

Kriminal
30 oktyabr 2026, 14:21

Qaxda silsilə oğurluq edən şəxs tutulub

Cəmiyyət
30 oktyabr 2026, 14:00

Noyabrda Şimalın havası necə olacaq?

Oxşar xəbərlər