top
Azərbaycanın istiqlal tarixində Şimal imzası – Bu adları hər kəs bilməlidir
28 may 2026, 17:30
- ↺ +

Azərbaycanın istiqlal tarixində Şimal imzası – Bu adları hər kəs bilməlidir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

1918-ci ilin 28 may tarixində Azərbaycan Xalq Cümhuriyyətinin qurulması təkcə müəyyən mərkəzi şəhərlərin deyil, bütövlükdə vətənin dörd bir yanından boy göstərən intellektual dalğanın və milli oyanışın məhsulu idi. Bu şərəfli tarixin yazılmasında zəngin maarifçilik ənənələrinə malik olan Şimal bölgəsinin yetişdirdiyi dahi şəxsiyyətlərin, uzaqgörən ziyalıların da silinməz izi var. Şərqdə ilk demokratik respublikanın əsas sənədinə, yəni İstiqlal Bəyannaməsinə imza atan, onun parlamentində və dövlət idarəçiliyində fədakarlıqla çalışan bu oğullar Şimalın azadlıq ruhunu və elmi potensialını Cümhuriyyətin milli məfkurəsinə qataraq dövlətçilik tariximizin qızıl səhifələrini bəzəyiblər.

Fətəli xan Xoyski: 1875-ci ildə Şəki şəhərində əsilzadə ailəsində anadan olub. Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsində misilsiz rol oynayan Xoyski, müstəqilliyimizi dünyaya bəyan edən İstiqlal Bəyannaməsini oxuyub və yeni qurulan dövlətin ilk Baş naziri olub. O, fəaliyyəti dövründə ardıcıl olaraq üç hökumət kabinetinə rəhbərlik edib. Eyni zamanda daxili işlər, xarici işlər və ədliyyə naziri vəzifələrini icra edərək dövlət aparatının, milli ordunun və Bakı Dövlət Universitetinin qurulmasında birbaşa iştirak edib. Cümhuriyyətin süqutundan sonra mühacirətə getməyə məcbur olan bu dahi şəxsiyyət, 1920-ci il iyunun 19-da Tiflisdə "Daşnaksütyun" erməni radikal təşkilatının üzvləri tərəfindən arxadan vurularaq həlak edilib.

Əbdüləli bəy Əmircanov: 1874-cü ildə Şəkidə anadan olub. Tiflis Aleksandrovsk Müəllimlər İnstitutunu bitirib, pedaqoji fəaliyyətlə məşğul olub. 1918-ci ilin mart faciələri zamanı Bakıda minlərlə azərbaycanlının xilas edilməsində böyük rol oynayıb. Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında yaxından iştirak edərək Fətəli xan Xoyskinin rəhbərlik etdiyi ikinci hökumət kabinetində Maliyyə naziri, daha sonra Dövlət nəzarətçisi vəzifələrini icra edib, ölkənin ilk müstəqil maliyyə-vergi və təftiş sisteminin əsasını qoyub. Cümhuriyyətin süqutundan sonra Türkiyəyə mühacirət etməyə məcbur olub və 1948-ci il mayın 15-də İstanbulda dünyasını dəyişib.

Camo bəy Hacınski: 1888-ci ildə Quba şəhərində anadan olub. Peterburq Universitetinin hüquq fakültəsini bitirib. Azərbaycanın müstəqilliyini elan edən Milli Şuranın üzvü və İstiqlal Bəyannaməsini imzalayan 26 nəfərdən biridir. 1918-ci ildə qurulan 1-ci hökumət kabinetində Dövlət nəzarətçisi, sonrakı 4-cü və 5-ci hökumət kabinetlərində isə Poçt və Teleqraf naziri vəzifələrini icra edərək ölkənin milli poçt-rabitə infrastrukturunun qurulmasına rəhbərlik edib. Aprel işğalından sonra Azərbaycanda qalaraq mədəniyyət və maarif sahəsində fəaliyyət göstərsə də, sovet repressiyasından qurtula bilmədi. 1938-ci ildə saxlanılaraq sürgün olunub və 1942-ci ildə Sibirdə Kirov vilayətinin Vyatka islah-əmək düşərgəsində faciəli şəkildə həyatını itirib.

Aslan bəy Qardaşov: 1866-cı ildə Zaqatala dairəsinin Yuxarı Tala kəndində anadan olub. İstanbul Universitetinin hüquq fakültəsini bitirib. Azərbaycan Milli Şurasının üzvü kimi 28 may 1918-ci ildə İstiqlal Bəyannaməsinə imza atan əsas şəxsiyyətlərdən biridir. Cümhuriyyət dövründə parlamentin "Əhrar" fraksiyasının lideri olub. Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi 4-cü hökumət kabinetində Kənd təsərrüfatı naziri vəzifəsini icra edərək ölkədə aqrar islahatların hazırlanmasında müstəsna rol oynayıb. 1920-ci ilin aprel işğalından sonra sovet rejiminin təqiblərinə məruz qalan Aslan bəy, elə həmin il Zaqatalada bolşeviklərə qarşı baş qaldıran antisovet üsyanının əsas təşkilatçılarından biri olub. Üsyan yatırıldıqdan sonra saxlanılaraq 1920-ci ilin iyul ayında Bakıda bolşeviklər tərəfindən edam olunub.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 25-ci günü: XRONİKA

İqtisadiyyat
Dünən, 17:57

Şimalda fermerlər üçün maarifləndirici tədbirlər keçirilib

İdman
Dünən, 17:46

AFFA İntizam Komitəsindən "Şahdağ Qusar" və "Şimal"la bağlı qərar

Hadisə
Dünən, 17:38

Qubada kişi qonşu qadını wi-fi parola görə döydü

Kriminal
Dünən, 17:28

Azərbaycanda kütləvi kiberdələduzluq cəhdləri: Süni intellektlə insanların səsini təqlid edirlər

Cəmiyyət
Dünən, 17:00

Zərdabidə bu yol asfaltlandı

Cəmiyyət
Dünən, 16:19

Generalın şabalıd alveri ilə bağlı işdə kapitana 10 il 6 ay həbs verildi

Hadisə
Dünən, 15:46

Qaxda məktəbdə bədbəxt hadisə: 9-cu sinif şagirdi yaralandı

Kriminal
Dünən, 15:13

Şəki İcra Hakimiyyətinin sabiq şöbə müdiri 9 il həbs cəzası alıb

Bütün xəbərlər
Dünən, 14:30

Şəki Dövlət Dram Teatrı tamaşa hazırlayır

İdman
Dünən, 14:00

Quba karateçiləri turnirdə 23 medal qazanıblar

Cəmiyyət
Dünən, 13:38

Şəki Xan sarayını 9 ayda 178 minə yaxın şəxs ziyarət edib

Hadisə
Dünən, 13:21

Xudatda sərhədi pozmağa cəhd edən Pakistan vətəndaşı saxlanıldı

Cəmiyyət
Dünən, 12:36

Şabranda sel nəticəsində sıradan çıxmış yol və körpülər bərpa olunub

Cəmiyyət
Dünən, 12:15

Qəbələdə bir neçə küçə qazsız qalıb

Hadisə
Dünən, 11:53

Şamaxıda mədəniyyət idarəsinin rəisi vəfat edib

Cəmiyyət
Dünən, 11:30

İş axtaranların diqqətinə: Qusarda 40-dan çox vakansiya

Cəmiyyət
Dünən, 10:42

Şimal rayonlarında məktəblər qışa hazırdırmı?

Cəmiyyət
Dünən, 10:16

"Shimal.News" yazdı, ərazi təmizləndi

Faydalı
Dünən, 09:22

Şimalın 11 rayonunda könüllülər axtarılır – Müraciət üçün son gün

Cəmiyyət
Dünən, 09:07

Qubada liseyin qarşısından keçən elektrik xətti təhlükə yaradır

Cəmiyyət
Dünən, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Hadisə
19 oktyabr 2026, 17:55

UNEC-in Zaqatala filialının müəllimi vəfat edib

Oxşar xəbərlər