Oğuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Shimal.News xəbər verir ki, qəza rayonun Qumlaq kəndi ərazisində qeydə alınıb. İdarəetmədən çıxan avtomobil ağaca çırpılıb.
Hadisə nəticəsində sürücü və sərnişin müxtəlif dərəcəli xəsarətlər alıblar.
Faktla bağlı araşdırma aparılır.