Qubada ibtidai sinif şagirdləri arasında mütəhərrik oyunlar keçirilib. ShimalNews bu haqda 2 mart tarixində xəbər verir.
Tədbir Xınalıq kənd internat tam orta məktəbində təşkil edilib. Oyunları atletika üzrə məşqçi-müəllim Vüqar Atayev 40 nəfər şagirdin iştirakı ilə keçirib. Sonda uşaqlar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən sertifikat və hədiyyələrə layiq görülüblər.