Xaçmaz rayonu Palıdlı kənd tam orta məktəbinin şagirdi SASMO beynəlxalq riyaziyyat olimpiadasında birinci olub. Bu barədə ShimalNews 18 may tarixində xəbər verir.
VI sinifdə oxuyan Hüseyn Muradzadə qızıl medal qazanıb.
O, SASMO beynəlxalq riyaziyyat olimpiadasında yüksək nəticə göstərərək qızıl medal mükafatçısı olub.
Bu münasibətlə şagirdimizi, müəllimlərini və onun valideynlərini təbrik edirik.
Sinqapur Beynəlxalq Riyaziyyat Olimpiadası (SASMO) 2006-cı ildə yaradılıb. O, Asiyada ən böyük riyaziyyat olimpiadalarından biridir. Bu günə qədər bu bilik yarışında 10.000-dən çox məktəb, 250.000-dən çox iştirakçı mübarizə aparıb.