MMA, pankration və qrapplinq idman növləri üzrə ölkə birinciliyində Xaçmazdan olan idmançılar uğur qazanıblar. Bu barədə ShimalNews 13 mart tarixində məlumat verir.
Çempionat Bakı şəhərində keçirilib. Komandamızın tərkibində 18 idmançı olub. Onlar 3 qızıl, 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 6 medal qazanıblar.
MMA üzrə İbrahim Məmmədkərimov (34 kq), Umar Paşayev (27 kq) və Müslüm Sultanov (32 kq) I yer, Kərim Məmmədkərimov (30 kq) III yer; qrapplinq üzrə Asif Məmmədov (66 kq) və Əhməd Mirzəbəyov (100 kq) II yerin sahibləri olublar.