Xaçmazlı güləşçi “Təhsil” turnirinin mükafatçısıdır. Bu haqda ShimalNews 22 dekabr tarixində məlumat verir.
Amil Ələsgərov yunan-Roma və sərbəst güləş üzrə yeniyetmələr arasında keçirilmiş beynəlxalq yarışda 3-cü yerə sahib olub. Turnirə yerli idmançılarla yanaşı, dünyanın 7 ölkəsindən güləşçilər qatılıblar.
Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyasının dəstəyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilib.