“NTD İndigo” klubu Azərbaycan Basketbol Liqasının (ABL) 3-cü turunu uğurla başa vurub. Bu haqda ShimalNews 9 noyabr tarixində xəbər verir.
Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən oyunda komandamız “Gəncə” BK ilə üz-üzə gəlib. Qarşılaşma 94:76 hesabı ilə “NTD İndigo”nun xeyrinə yekunlaşıb.