Xaçmaz rayonunda nərd milli idman növü üzrə rayon turniri keçirilib. Bu haqda ShimalNews 12 mart tarixində məlumat verir.
Həvəskar idmançılar arasında təşkil edilən yarış "Samovar" Çay Evində baş tutub. 16 nəfərin iştirak etdiyi yarış 1/8 final mərhələsindən başlayıb. Maraqlı oyunun sonunda Alim Əzizov 1-ci yerə, Arif Sultanov 2-ci yerə, Vüqar Mirzəyev 3-cü yerə, Ələkbər Cəfərov isə 4-cü yerə layiq görülüblər. İlk üç yerin sahibi diplom və medallar, dördüncü yerin sahibi isə diplomla təltif ediliblər.