Quba, Qusar, Xaçmaz və bir sıra rayonlarda “Üzgüçülük hamı üçün” devizi altında idman tədbiri keçiriləcək. Bu haqda ShimalNews 15 dekabr tarixində məlumat verir.
Tədbir dekabrın 23-ü başlayacaq. Türkdilli dövlətlər arasında keçiriləcək bu yarışda 9 yaşdan yuxarı olmaqla 14 fərqli yaş kateqoriyasında mübarizə aparılacaq.
Qaliblər 2024-cü ildə keçiriləcək final mərhələsinə vəsiqə qazanacaqlar.
İştirak etmək üçün 20 dekabr 2023-cü il tarixinədək ərizə formasını (swimming.smartscoring.com saytında) dolduraraq qeydiyyatdan keçmək lazımdır.