Quba Olimpiya İdman Kompleksində sambo üzrə rayon birinciliyi keçirilib. Bu haqda ShimalNews 9 aprel tarixində məlumat verir.
Yarışda Bakı şəhərindən, Quba, Qusar, Xaçmaz və Şabran rayonlarından ümumilikdə 100 nəfər 2009-2011 və 2012-2014-cü il təvəllüdlü yeniyetmə idmançılar mübarizə aparıblar.
Yarışın sonunda müxtəlif çəki dərəcələri üzrə qalib gəlmiş idmançılar Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.