Olimpiya idman növləri 4 gün Qubada bir araya gələcək. Bu barədə ShimalNews 14 noyabr tarixində xəbər verir.
Şimal bölgəsində 16-20 noyabr tarixlərində İdman Festivalının sevinci yaşanacaq.
Ötən il festival Şəki rayonunda keçirilmişdir. Burada 23 idman növü üzrə 149 idmançı və 35 məşqçi iştirak etmişdir. Festivalın proqramına uyğun olaraq, idmançılara əyləncəli-maarifləndirici fəaliyyətlər və ustad dərsləri təşkil olunmuşdur, müxtəlif rəqs növləri, hərbi-vətənpərvərlik hazırlığı, intellektual oyun, ilkin tibbi yardım, film nümayişi və rəsmi şəxslərlə görüşlər keçirilmişdir.