Quba-Xaçmaz RTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələri futzal üzrə yarış keçiriblər. Bu barədə ShimalNews 9 may tarixində məlumat verir.
Turnir ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunub. Qusar, Xaçmaz, Quba və Siyəzəndən olan 4 komanda final mərhələsində qarşılaşıb. Gərgin mübarizədən sonra Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin komandası qələbə qazanaraq çempion olub.