Bu gün boks üzrə Şimal zonasının birinciliyinə start verilib. Bu haqda 4 may tarixində ShimalNews Boks Federasiyasına istinadən məlumat verir.
Yarışda Xaçmaz, Siyəzən, Şabran və digər rayonlardan 17 çəki dərəcəsində 56 boksçu mübarizə aparacaq. İlk 3 yeri tutacaq idmançılar ölkə birinciliyində iştirak hüququ qazanacaqlar.
Turnir Şamaxı rayonunun Olimpiya İdman Kompleksində təşkil edilib və 3 gün davam edəcək.