top
“Şahdağ Qusar”ın hədəfi I Liqaya yüksəlməkdir
08 mart 2024, 17:05
- +

“Şahdağ Qusar”ın hədəfi I Liqaya yüksəlməkdir

"Şahdağ Qusar" klubunun kapitanı Rahid Əmirquliyev II Liqanın XV turu çərçivəsində açıqlama verib. Bu barədə ShimalNews 8 mart tarixində “Report”a istinadən məlumat verir.

34 yaşlı yarımmüdafiəçi qış fasiləsindən sonra keçirilən ilk görüşü ("Baku Sportinq"lə) dəyərləndirib:

"Çempionatın liderinə qarşı oynayırdıq. Qələbə qazanıb, xal fərqini azaltmaq istəyirdik. Oyuna pis başlamamışdıq. İlk hissəni 1:0 hesabı ilə öndə başa vurduq. Ancaq ikinci hissədə qol buraxdıq və görüş heç-heçə nəticələndi. Əslində, pis nəticə deyil. Hər şey bununla bitmir. Qarşıda daha yaxşı nəticələr qazanacağıq".

Azərbaycan millisinin sabiq futbolçusu komandanın hədəflərindən danışıb:

"Məqsədimiz çempionluqdur. II Liqanın lideri ilə xal fərqi bir qədər çoxdur. Düşünürəm ki, bunu aradan qaldıracağıq. Bunun üçün gücümüz var. Sona qədər vuruşacağıq. Çempion olmaq istəyirik".

Daha sonra R.Əmirquliyev "Şahdar Qusar"ın hazırkı durumu barədə fikirlərini bölüşüb:

"Mənim nəsə deməyim düzgün olmaz. Bu barədə rəhbərlik daha dəqiq danışa bilər. Yaxşı komandamız var. Fasilədən sonra heyətə yeni oyunçular qoşulub. Onlar komandaya uyğunlaşmalıdırlar. Çempion olmaq üçün komandamızda hər şey var. Bunu meydanda göstərmək lazımdır".

Hazırda "Şahdağ Qusar" 15 tur keçirərək 31 xal toplayıb və 4-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə isə 38 xalla "Baku Sportinq" başçılıq edir.

Son xəbərlər

Cəmiyyət
Bu gün, 09:15

61 yaşlı Şamaxı sakini üzüm yığır: "İşimi sevirəm"

Hadisə
Dünən, 17:59

Şabranda aldığı qarpızlar xarab çıxan kişi satıcını döydü

Cəmiyyət
Dünən, 17:27

Magistratura və doktorantura bitirən zabitlərin rütbədə qalma müddəti azaldılır

Cəmiyyət
Dünən, 16:49

Quba-Xaçmaz bölgəsində böyük layihə hazırlanır

Cəmiyyət
Dünən, 15:54

Qubada şəhid ailələri və müharibə əlilləri üçün mənzillər tikiləcək

İqtisadiyyat
Dünən, 14:40

Turşular bazarlarda neçəyə satılır?

İdman
Dünən, 13:41

"Qəbələ"nin yeni baş məşqçisi bəlli oldu

Cəmiyyət
Dünən, 13:00

Qubada sürücülər gözləyən təhlükə: su kanalının üstü açıq qalıb

Hadisə
Dünən, 12:05

Qəbələdə avtomobilin vurduğu piyada 5 gün sonra həyatını itirdi

Cəmiyyət
Dünən, 11:05

Qubada bu bələdiyyələrin adı dəyişdirilir

İdman
Dünən, 10:16

Şimalın komandaları cərimələndi – AFFA qərar verdi

Hadisə
Dünən, 09:29

Muğanlı aşırımında toyuq daşıyan yük avtomobili aşdı – VİDEO

İdman
15 sentyabr 2026, 18:10

"Qəbələ" yeni baş məşqçi axtarışında

Hadisə
15 sentyabr 2026, 17:58

Şəkidə xanım sürücü avtomobili aşırdı – Xəsarət alan var

Cəmiyyət
15 sentyabr 2026, 17:40

Xudat məktəbi yeni dərs ilinə yenilənmiş şəkildə başlayır - FOTO

Hadisə
15 sentyabr 2026, 17:13

Quba-Xınalıq bir hissəsi bağlandı

Cəmiyyət
15 sentyabr 2026, 16:25

Zaqatalada əsaslı təmir edilmiş gimnaziyanın açılışı olub

Cəmiyyət
15 sentyabr 2026, 15:20

Balakən xəstəxanasının direktoru vəzifəsindən azad edilib

Cəmiyyət
15 sentyabr 2026, 15:05

Qubanın dağlarında nadir quşlar - Ağbaş kərkəslər

Cəmiyyət
15 sentyabr 2026, 13:44

Qubalı şəhidimizin qızı 1-ci sinfə başladı: atasının məzarını ziyarət etdi

İdman
15 sentyabr 2026, 12:52

İsmayıllıda ölkə çempionatı başa çatdı – velosipedçilər mükafatlandırıldı

Cəmiyyət
15 sentyabr 2026, 11:37

Bir canlının zingiltisi, bir insanın vicdanı – Qubada təsirli hadisə - VİDEO

Hadisə
15 sentyabr 2026, 10:59

"Çevik"lə birgə saxlanılan Kamran Bilalovun həbs səbəbi bəlli oldu

Cəmiyyət
15 sentyabr 2026, 10:00

Anar Əliyev Qusarda vətəndaşları qəbul edəcək

Oxşar xəbərlər