Bakıda keçirilən güləş üzrə Azərbaycan çempionatında Qusardan olan idmançı uğur qazanıb. Bu haqda ShimalNews 22 dekabr tarixində məlumat verir.
Yarışın son günündə yunan-Roma güləşi üzrə S.Qasımov qızıl medal qazanıb. O, 67 kq çəkidə bütün rəqiblərindən güclü olub.
Gümüş və bürünc medallara isə Bakı və Sumqayıt idmançıları layiq görülüblər.