Qusar Olimpiya İdman Kompleksinin (OİK) badminton məşqçisi Vahid Quliyev uğur qazanıb. Bu haqda ShimalNews 13 fevral tarixində xəbər verir.
V.Quliyev Bakıda "Azerbaijan International 2024" turnirində hakimlik edib. Bu artıq 2-ci dəfədir ki o, beynəlxalq yarışa hakimlik edib. Təcrübəli mütəxəssisə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışda etimad göstərilib.