top
Vətən müharibəsinin 18-ci günü – XRONİKA
Foto
Bu gün, 00:01
- ↺ +

Vətən müharibəsinin 18-ci günü – XRONİKA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində oktyabrın 14-ü növbəti yaşayış məntəqələri uzun illik işğaldan sonra azad edilib.

Vətən müharibəsinin 18-ci günü Prezident İlham Əliyev "X" (əvvəllər "Twitter") platformasındakı paylaşımında işğaldan azad edilən torpaqları – Füzuli və Xocavənd rayonlarının yaşayış məntəqələrini elan edib: Qaradağlı, Xatınbulaq, Qarakollu, Bulutan, Məlikcanlı, Qırmızıqaya, Dağdöşü və Tağaser kəndləri.

44 günlük Vətən müharibəsinin 18-ci günü hərbi əməliyyatlar bütün cəbhəboyu davam edib:

Rəşadətli Azərbaycan Ordusu Füzuli rayonunun Qaradağlı, Xatunbulaq, Qarakollu, Xocavənd rayonunun Bulutan, Məlikcanlı, Kəmərtük, Təkə, Tağaser kəndlərini işğaldan azad edib. Prezident İlham Əliyev bununla bağlı rəsmi tvitter səhifəsində paylaşım edib.

Prezident İlham Əliyev Fransanın "France 24" televiziya kanalına müsahibə verib.

Azərbaycan Ordusu gecə və səhər saatlarında Ermənistan silahlı qüvvələrinin ümumilikdə 3 ədəd "Elbrus" raket qurğusunu raketlərlə birlikdə məhv edib.

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin bölmələrimiz tərəfindən məhv edilən əməliyyat-taktiki raket komplekslərinin mülki əhalimizi və yaşayış məntəqələrimizi atəşə tutmaq məqsədilə start mövqeyinə çıxarılmasının videogörüntülərini paylaşıb.

Cəbhənin Füzuli rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı bölmələrimiz tərəfindən vurulub.

Müdafiə Nazirliyi işğaldan azad olunan Cəbrayıl şəhərinin videogörüntüsünü paylaşıb.

Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində sentyabrın 27-dən oktyabrın 14-ü saat 12:00-dək 43 mülki şəxs həlak olub, 214 nəfər isə xəsarət alıb, 1505 ev, 66 çoxmənzilli yaşayış binası və 277 mülki obyekt yararsız vəziyyətə düşüb. Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Son xəbərlər

Hadisə
Dünən, 18:10

Ağsuda evlərdən qadın geyimləri oğurlayan kişi HƏBS OLUNDU

Hadisə
Dünən, 17:30

Balakəndə Gürcüstandan gələn yük maşınında gizli dərmanlar tapıldı

Hadisə
Dünən, 17:00

İsmayıllılı şəhidin doğum günüdür

Hadisə
Dünən, 16:12

Qubalı qadın oğlunu sakitləşdirmək istədi, özü bıçaqlandı

Cəmiyyət
Dünən, 15:33

Oğuzda qəhvəyi mərmər bağacığına qarşı tədbirlər görülür

Cəmiyyət
Dünən, 14:42

Şəki və Qəbələdən iki məzun Prezident təqaüdünə layiq görülüb

Cəmiyyət
Dünən, 14:10

Qubada tələbələr arasında intellektual yarış keçiriləcək

Cəmiyyət
Dünən, 13:30

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Qəbələyə gətirildi

Cəmiyyət
Dünən, 12:49

Rəşad Nəbiyev Qəbələdə üç rayonun sakinlərini qəbul edəcək

Hadisə
Dünən, 11:53

İsmayıllıda bələdiyyə sədri 22 min manat rüşvət aldı

Hadisə
Dünən, 11:09

Rusiyaya üzərək keçmək istəyən qusarlı kişi HƏBS EDİLDİ

Cəmiyyət
Dünən, 10:27

Qubada çay yataqlarındakı karxanalara nəzarət gücləndirilir

Cəmiyyət
Dünən, 10:12

Qax prokurorunun köməkçisi Bakı məhkəməsinə hakim təyin olunub

Cəmiyyət
Dünən, 09:48

Qusarda bir yolun iki nöqsanı – Biri yeni, digəri illərin

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 17-ci günü: XRONİKA

Cəmiyyət
12 oktyabr 2026, 17:49

Şimalda külək güclənəcək

Hadisə
12 oktyabr 2026, 17:23

Qusarda yanan evdə meyit tapılıb - YENİLƏNİB

İdman
12 oktyabr 2026, 17:00

"Şamaxı" 900-cü qolunu vurub

İqtisadiyyat
12 oktyabr 2026, 15:51

Quba-Xəzəryanı ərazidə neft-qaz kəşfiyyatı sazişi təsdiqləndi

Cəmiyyət
12 oktyabr 2026, 14:50

Qubada II Kitab Sərgisi keçirilib

Cəmiyyət
12 oktyabr 2026, 14:10

Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Cəmiyyət
12 oktyabr 2026, 13:30

Xınalıqda tarixi evlərin bərpasına 628 min manat xərclənəcək

İdman
12 oktyabr 2026, 12:55

Sərbəst güləş üzrə millimiz dünya çempionatına Qubada hazırlaşır

Cəmiyyət
12 oktyabr 2026, 12:10

Xaçmazda itin dişlədiyi gənc quduzluqdan ölüb

Cəmiyyət
12 oktyabr 2026, 11:40

Ağsulu karikaturaçı bu əsərlə Serbiyada 3-cü oldu

İqtisadiyyat
12 oktyabr 2026, 10:43

Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata çatıb

Cəmiyyət
12 oktyabr 2026, 09:59

Xaçmazda mərmər bağacığı məktəbləri də basıb – AQTA-dan AÇIQLAMA

Oxşar xəbərlər