top
Qubada çay yataqlarındakı karxanalara nəzarət gücləndirilir
Foto
Bu gün, 10:27
- ↺ +

Qubada çay yataqlarındakı karxanalara nəzarət gücləndirilir

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Quba rayonunun ərazisindən keçən Qaraçay, Vəlvələçay və Qudyalçayda monitorinqlərə başlanılıb.

Qərar Shimal.News-un əvvəllər işıqlandırdığı qanunsuz hasilat və çay yataqlarında qazıntıların fəsadları ilə bağlı materiallar fonunda diqqət çəkir.

Quba Rayon İcra Hakimiyyəti başçısının 9 oktyabr 2026-cı il tarixli, 103 nömrəli sərəncamı ilə yaradılan komissiyanın ilk iclası keçirilib.

İclasda müvafiq icazə sənədləri olmadan çay yataqlarında avadanlıq yerləşdirən və qum-çınqıl hasilatına cəhd göstərən şəxslərin fəaliyyətinin qarşısının alınması müzakirə olunub. Ardınca hər üç çayda monitorinqlər və ölçmə işləri aparılıb. Qanunsuz fəaliyyətə cəhdlə əlaqəli avadanlıqların aşkarlanması və ərazidən çıxarılması istiqamətində tədbirlərə başlanılıb.

Redaksiyamız daha əvvəl bu mövzuda bir neçə material dərc edib. Karxanaların nəzarətsiz olması, 25 metrdən dərin qazılan kanyonlar, qanunsuz çınqıl-qum qarışığı hasilatı və sakinlərin çaylarda qazıntıların fəsadları ilə üzləşməsi barədə məlumat yayıb.

Yeni komissiyanın monitorinqlərə başlaması əvvəlki materiallarda qaldırılan məsələlər fonunda əhəmiyyət daşıyır. İndi əsas diqqət yoxlamaların nəticələrinə, icazəsiz fəaliyyətin qarşısının alınmasına və çay yataqlarının mühafizəsi üçün görüləcək konkret tədbirlərə yönəlir.

İcra hakimiyyətinin məlumatına görə, yerli bələdiyyələrə və aidiyyəti qurumlara ekoloji maarifləndirmənin gücləndirilməsi, hüquq-mühafizə orqanları ilə birgə nəzarət mexanizmlərinin tətbiqi də tapşırılıb.

Son xəbərlər

Hadisə
Bu gün, 11:09

Rusiyaya üzərək keçmək istəyən qusarlı kişi HƏBS EDİLDİ

Cəmiyyət
Bu gün, 10:12

Qax prokurorunun köməkçisi Bakı məhkəməsinə hakim təyin olunub

Cəmiyyət
Bu gün, 09:48

Qusarda bir yolun iki nöqsanı – Biri yeni, digəri illərin

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 17-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 17:49

Şimalda külək güclənəcək

Hadisə
Dünən, 17:23

Qusarda yanan evdə meyit tapılıb - YENİLƏNİB

İdman
Dünən, 17:00

"Şamaxı" 900-cü qolunu vurub

İqtisadiyyat
Dünən, 15:51

Quba-Xəzəryanı ərazidə neft-qaz kəşfiyyatı sazişi təsdiqləndi

Cəmiyyət
Dünən, 14:50

Qubada II Kitab Sərgisi keçirilib

Cəmiyyət
Dünən, 14:10

Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Cəmiyyət
Dünən, 13:30

Xınalıqda tarixi evlərin bərpasına 628 min manat xərclənəcək

İdman
Dünən, 12:55

Sərbəst güləş üzrə millimiz dünya çempionatına Qubada hazırlaşır

Cəmiyyət
Dünən, 12:10

Xaçmazda itin dişlədiyi gənc quduzluqdan ölüb

Cəmiyyət
Dünən, 11:40

Ağsulu karikaturaçı bu əsərlə Serbiyada 3-cü oldu

İqtisadiyyat
Dünən, 10:43

Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata çatıb

Cəmiyyət
Dünən, 09:59

Xaçmazda mərmər bağacığı məktəbləri də basıb – AQTA-dan AÇIQLAMA

Hadisə
Dünən, 09:05

Zaqatalada dəm qazı can aldı: 14 yaşlı qız öldü

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 16-cı günü – XRONİKA

Cəmiyyət
11 oktyabr 2026, 00:20

Altı il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Cəmiyyət
11 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Cəmiyyət
10 oktyabr 2026, 17:29

Qusarlı 637 bal toplayan Lera Safiyevanın seçimi – MÜSAHİBƏ

İdman
10 oktyabr 2026, 16:33

Qəbələdən start götürən III Beynəlxalq Xankəndi Ultramarafonu yekunlaşdı

Cəmiyyət
10 oktyabr 2026, 15:49

Xudatın su təminatı narazılıq yaradır

Oxşar xəbərlər