top
İsmayıllılı şəhidin doğum günüdür
Bu gün, 17:00
- ↺ +

İsmayıllılı şəhidin doğum günüdür

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün şəhid Elxan Məmmədlinin doğum günüdür.

Elxan Ələkbər oğlu Məmmədli 1997-ci il oktyabrın 13-də İsmayıllı rayonunun Zoğallıq kəndində dünyaya göz açıb.

O, 2004-cü ildə Suraxanı rayonundakı Pərviz İsmayılov adına 278 saylı tam orta məktəbdə təhsil almağa başlayıb və 2015-ci ildə həmin məktəbin 11-ci sinfini bitirib. Daha sonra Bakı Biznes Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasına daxil olub və 2019-cu ildə ali təhsilini başa vurub. Subay olub.

Elxan Məmmədli 2019-cu ildə İsmayıllı Rayon Hərbi Komissarlığı tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılıb. Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən N saylı hərbi hissəsində xidmət edib.

Hərbi xidmətdən tərxis olunduqdan sonra Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində "Ehtiyat zabit hazırlığı" kursu keçib. Kursu müvəffəqiyyətlə başa vuraraq leytenant hərbi rütbəsi alıb. Daha sonra Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Quru Qoşunlarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayıb. Xocalı, Şuşa, Xankəndi və Qubadlının ətraf ərazilərində hərbi xidmətini davam etdirib.

Hərbi xidmət zamanı əldə etdiyi nailiyyətlərə görə 10 fevral 2022-ci ildə komandanlıq tərəfindən fəxri fərmanla təltif olunub.

O, 15 may – 29 iyul 2023-cü il tarixlərində "Komando" Dağ Təlimi Mərkəzində keçirilən 17-ci qəbul üzrə "Komando başlanğıc kursu"nu müvəffəqiyyətlə başa vurub və mərkəzin komandanlığı tərəfindən sertifikatla təltif edilib.

Elxan Məmmədli komando əməliyyat qrupunda kəşfiyyat komandiri vəzifəsində xidmət edib.

Leytenant Elxan Məmmədli 2023-cü il sentyabrın 19-da Qarabağda başlayan lokal xarakterli antiterror tədbirləri zamanı kəşfiyyat komandiri kimi döyüşlərə qatılıb. Həmin gün Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Elxan Məmmədli 2023-cü il sentyabrın 21-də İsmayıllı rayonunun Zoğallıq kənd qəbiristanlığında dəfn edilib.

O, ölümündən sonra "Vətən uğrunda" medalı və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Son xəbərlər

Hadisə
Bu gün, 17:30

Balakəndə Gürcüstandan gələn yük maşınında gizli dərmanlar tapıldı

Hadisə
Bu gün, 16:12

Qubalı qadın oğlunu sakitləşdirmək istədi, özü bıçaqlandı

Cəmiyyət
Bu gün, 15:33

Oğuzda qəhvəyi mərmər bağacığına qarşı tədbirlər görülür

Cəmiyyət
Bu gün, 14:42

Şəki və Qəbələdən iki məzun Prezident təqaüdünə layiq görülüb

Cəmiyyət
Bu gün, 14:10

Qubada tələbələr arasında intellektual yarış keçiriləcək

Cəmiyyət
Bu gün, 13:30

Ukraynadan daha 30 uşaq reabilitasiya üçün Qəbələyə gətirildi

Cəmiyyət
Bu gün, 12:49

Rəşad Nəbiyev Qəbələdə üç rayonun sakinlərini qəbul edəcək

Hadisə
Bu gün, 11:53

İsmayıllıda bələdiyyə sədri 22 min manat rüşvət aldı

Hadisə
Bu gün, 11:09

Rusiyaya üzərək keçmək istəyən qusarlı kişi HƏBS EDİLDİ

Cəmiyyət
Bu gün, 10:27

Qubada çay yataqlarındakı karxanalara nəzarət gücləndirilir

Cəmiyyət
Bu gün, 10:12

Qax prokurorunun köməkçisi Bakı məhkəməsinə hakim təyin olunub

Cəmiyyət
Bu gün, 09:48

Qusarda bir yolun iki nöqsanı – Biri yeni, digəri illərin

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 17-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 17:49

Şimalda külək güclənəcək

Hadisə
Dünən, 17:23

Qusarda yanan evdə meyit tapılıb - YENİLƏNİB

İdman
Dünən, 17:00

"Şamaxı" 900-cü qolunu vurub

İqtisadiyyat
Dünən, 15:51

Quba-Xəzəryanı ərazidə neft-qaz kəşfiyyatı sazişi təsdiqləndi

Cəmiyyət
Dünən, 14:50

Qubada II Kitab Sərgisi keçirilib

Cəmiyyət
Dünən, 14:10

Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Cəmiyyət
Dünən, 13:30

Xınalıqda tarixi evlərin bərpasına 628 min manat xərclənəcək

İdman
Dünən, 12:55

Sərbəst güləş üzrə millimiz dünya çempionatına Qubada hazırlaşır

Cəmiyyət
Dünən, 12:10

Xaçmazda itin dişlədiyi gənc quduzluqdan ölüb

Cəmiyyət
Dünən, 11:40

Ağsulu karikaturaçı bu əsərlə Serbiyada 3-cü oldu

İqtisadiyyat
Dünən, 10:43

Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata çatıb

Cəmiyyət
Dünən, 09:59

Xaçmazda mərmər bağacığı məktəbləri də basıb – AQTA-dan AÇIQLAMA

Hadisə
Dünən, 09:05

Zaqatalada dəm qazı can aldı: 14 yaşlı qız öldü

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 16-cı günü – XRONİKA

Oxşar xəbərlər