top
İsmayıllıda bələdiyyə sədri 22 min manat rüşvət aldı
Bu gün, 11:53
- ↺ +

İsmayıllıda bələdiyyə sədri 22 min manat rüşvət aldı

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

İsmayıllıda keçirilən antikorrupsiya əməliyyatı zamanı həbs edilən bələdiyyə sədri Cahangir Surxayevin məhkəməsi başa çatıb.

Şəki Ağır Cinayətlər Məhkəməsi hökmü elan edib.

İş materiallarına əsasən, Cahangir Surxayev Diyallı kənd bələdiyyəsinin sədri vəzifəsini icra etdiyi müddətdə arıçılıq təsərrüfatı üçün torpaq icarəyə götürmək istəyən kənd sakini İlham Əsgərov ona müraciət edib. C.Surxayev bələdiyyə üzvlərinin ümumi yığıncağını keçirmədən, açıq hərrac və ya müsabiqə təşkil etmədən 2,6 hektar torpaq sahəsini 5 il müddətinə icarəyə verib. Bunun müqabilində o, İlham Əsgərovdan hissə-hissə 22 min manat alıb.

Bələdiyyə sədri aldığı pulun 19 min manatını şəxsi mənafeyi üçün xərcləyib. O, qalan 3 min manatı alarkən İsmayıllıdakı "Orman" restoranında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Keçmiş bələdiyyə sədri məhkəmədə rüşvət almaqda təqsirli olmadığını bildirib. O, məqsədinin qanuni prosedurlara əməl etmədən İlham Əsgərovu aldadaraq pulunu ələ keçirmək olduğunu deyib və buna görə əməlinin dələduzluq kimi qiymətləndirilməli olduğunu bildirib.

Surxayev valideynlərinin və övladlarının müalicəsi üçün bankdan kredit götürdüyünü, bəzi borclarını ödəyə bilmədiyini qeyd edərək məhkəmədən yüngül cəza təyin etməsini xahiş edib.

Günay Aşurovanın sədrlik etdiyi məhkəmə kollegiyası Cahangir Surxayevə qarşı irəli sürülmüş ittihamları sübuta yetirilmiş hesab edib. Hökmə əsasən, o, vəzifə səlahiyyətlərini aşmaqda, vəzifə saxtakarlığında və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.

Mənbə: Qafqazinfo.аz

Son xəbərlər

Hadisə
Bu gün, 11:09

Rusiyaya üzərək keçmək istəyən qusarlı kişi HƏBS EDİLDİ

Cəmiyyət
Bu gün, 10:27

Qubada çay yataqlarındakı karxanalara nəzarət gücləndirilir

Cəmiyyət
Bu gün, 10:12

Qax prokurorunun köməkçisi Bakı məhkəməsinə hakim təyin olunub

Cəmiyyət
Bu gün, 09:48

Qusarda bir yolun iki nöqsanı – Biri yeni, digəri illərin

Cəmiyyət
Bu gün, 00:01

Vətən müharibəsinin 17-ci günü: XRONİKA

Cəmiyyət
Dünən, 17:49

Şimalda külək güclənəcək

Hadisə
Dünən, 17:23

Qusarda yanan evdə meyit tapılıb - YENİLƏNİB

İdman
Dünən, 17:00

"Şamaxı" 900-cü qolunu vurub

İqtisadiyyat
Dünən, 15:51

Quba-Xəzəryanı ərazidə neft-qaz kəşfiyyatı sazişi təsdiqləndi

Cəmiyyət
Dünən, 14:50

Qubada II Kitab Sərgisi keçirilib

Cəmiyyət
Dünən, 14:10

Şimallı Vətən müharibəsi şəhidlərimizin doğum günüdür

Cəmiyyət
Dünən, 13:30

Xınalıqda tarixi evlərin bərpasına 628 min manat xərclənəcək

İdman
Dünən, 12:55

Sərbəst güləş üzrə millimiz dünya çempionatına Qubada hazırlaşır

Cəmiyyət
Dünən, 12:10

Xaçmazda itin dişlədiyi gənc quduzluqdan ölüb

Cəmiyyət
Dünən, 11:40

Ağsulu karikaturaçı bu əsərlə Serbiyada 3-cü oldu

İqtisadiyyat
Dünən, 10:43

Azərbaycanda orta aylıq əməkhaqqı 1173 manata çatıb

Cəmiyyət
Dünən, 09:59

Xaçmazda mərmər bağacığı məktəbləri də basıb – AQTA-dan AÇIQLAMA

Hadisə
Dünən, 09:05

Zaqatalada dəm qazı can aldı: 14 yaşlı qız öldü

Cəmiyyət
Dünən, 00:01

Vətən müharibəsinin 16-cı günü – XRONİKA

Cəmiyyət
11 oktyabr 2026, 00:20

Altı il əvvəl Gəncə 4-cü dəfə raket atəşinə tutuldu

Cəmiyyət
11 oktyabr 2026, 00:01

Vətən müharibəsinin 15-ci günü – XRONİKA

Cəmiyyət
10 oktyabr 2026, 17:29

Qusarlı 637 bal toplayan Lera Safiyevanın seçimi – MÜSAHİBƏ

İdman
10 oktyabr 2026, 16:33

Qəbələdən start götürən III Beynəlxalq Xankəndi Ultramarafonu yekunlaşdı

Oxşar xəbərlər