Zaqatalalı futbolçu Əfqan Əliyevin Azərbaycan I Liqasının 2-ci turunda vurduğu qol "Ayın qolu" layihəsində seçilən ən yaxşı qol olub.
Shimal.News xəbər verir ki, münsiflər heyətinin qərarına əsasən, Əliyevin "Baku Sportinq"in qapısına vurduğu qol digər namizədləri qabaqlayıb.
Əfqan Əliyevə mükafat 4-cü turun "Şahdağ Qusar"la oyunu öncəsi təqdim olunub. Mükafatı Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli təqdim edib.