Quba rayonundan olan 51 yaşlı Mehriban Abdullayeva paytaxtın Xətai rayonunda oğlu tərəfindən bıçaqlanıb.
Hadisə oktyabrın 12-də saat 22:00 radələrində Xətai rayonu, Əliağa Şıxlinski küçəsi, 39 ünvanında yerləşən yaşayış binasında baş verib.
1975-ci il təvəllüdlü Mehriban Abdullayeva həyat yoldaşı, iki oğlu və gəlini ilə birlikdə yaşayıb. Onun paytaxtın Xətai rayonu ərazisindəki poçt şöbələrindən birində çalışdığı bildirilir.
Məlumata görə, ailənin kiçik oğlu K.Abdullayev uzun müddət əsəb xəstəliyindən əziyyət çəkib və ailəsi onu bir neçə dəfə müalicə etdirib. Hadisə zamanı o, əvvəlcə özünə xəsarət yetirməyə cəhd edib. Bunu görən anası bıçağı əlindən almağa və onu sakitləşdirməyə çalışıb. Nəticədə qadın bıçaq xəsarətləri alıb.
Bildirilir ki, ailənin böyük oğlu evlənərək valideynlərindən ayrı yaşayıb. Ailənin atası isə restoranlardan birində gözətçi, K.Abdullayev Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma departamentində fəhlə işləyib.
Hadisə ilə bağlı şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə: Oxu.аz