Azərbaycan alpinistləri Qusarın Laza kəndi yaxınlığındakı donmuş şəlalələrdə növbəti buzadırmanma festivalından danışıblar. Bu haqda ShimalNews 22 fevral tarixində məlumat verir.
Tədbirin 17-18 fevral tarixlərində keçiriləcəyi haqda xəbər vermişdik.
Azərbaycan Alpinizm Federasiyasının baş katibi, dünyanın ən hündür zirvəsi hesab olunan Everesti və Şimal qütbünü fəth etmiş ilk azərbaycanlı olan İsrafil Aşurlı festival barəsində aşağıdakıları söyləyib:
“Festivala 76 nəfər qatıldı. İştirakçılar üçün müxtəlif mürəkkəblik dərəcəsində marşrutlar təqdim olundu. İdmançılar mürəkkəblik və sürət disiplinlərində öz qüvvələrini sınamaq imkanı qazandılar. Festival təşkilatçıları buzadırmanma ilə yeni tanış olanlar üçün təlim dərsləri keçirdilər”.