Qusarda Beynəlxalq Xizək Alpinizmi yarışı keçirilir. Bu barədə ShimalNews 9 mart tarixində məlumat verir.
Yarış Beynəlxalq Xizək Alpinizmi Federasiyası (ISMF), Qış İdman Növləri Federasiyası və “Şahdağ” Turizm Mərkəzi tərəfindən təşkil olunub.
İlk dəfə keçirilən bu tədbirə 11 ölkə və 60-a yaxın idmançı qatılıb. Onlar 2 gün birincilik uğrunda mübarizə aparacaqlar.