Qusarda "Heydər Əliyev və müasir Azərbaycan tarixi" mövzusunda intellektual bilik yarışı keçirilib. Bu haqda 1 may tarixində ShimalNews Gənclər və İdman İdarəsinə istinadən məlumat verir.
Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan müsabiqə 2 saylı tam orta məktəbdə baş tutub. 8 komandanın qatıldığı yarışın ümumi nəticələrinə əsasən, ən yüksək xalla "İmamqulukənd" komandası 1-ci, "Həzrə" komandası 2-ci, Bədirqalanın "Yurdum" komandası 3-cü yerlərə layiq görülüb.
Qalib komandalar kubok və diplomlarla, komanda üzvləri diplomlarla mükafatlandırılıblar.