“Qusar” FK rəqibini məğlub edib. Bu barədə ShimalNews 4 dekabr tarixində xəbər verir.
Bu gün “Kapital Bank Arena”nın ehtiyat meydançasında komandamız “Sheki City” ilə matç keçirib. Gərgin mübarizə aparan təmsilçimiz 29-cu dəqiqədə hesabı 1:1 edib, sona 2 dəqiqə qalmış isə azarkeşlərinə qələbə sevinci yaşadıb. Yekun hesab 2:1 olub.