Qusarın futbol komandası rəqibi ilə cavab oyunu keçirəcək. Bu barədə ShimalNews 3 may tarixində Region Liqasına istinadən məlumat verir.
Mayın 7-si saat 15:00-da Ağcabədi OİK-nın stadionunda “Qusar” – “Füzuli” oyunu baş tutacaq. Yarış Region Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək.
Daha öncə komandamız adı çəkilən rəqibi ilə oyunu 1:1 hesabı ilə yekunlaşdırmışdı.